REGİONLAR


ADAU-da “Aqrar sahədə innovasiya və innovasiyalar mərkəzinin inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib

Gəncə, 16 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “Aqrar sahədə innovasiya və innovasiyalar mərkəzinin inkişafı” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın məqsədi Azərbaycan Respublikasında innovasiya mərkəzlərinin dinamik inkişafı, fəaliyyət sahələri və onların gəlir mənbələrinin istiqamətləri, aqrar sahədə innovasiya mərkəzlərinin əsas vəzifələri, ölkəmizdə innovativ texnologiyalara adaptasiya, ADAU innovasiyalar mərkəzinin inkişaf etdirilməsi və tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlı hərtərəfli müzakirələrin təşkilindən ibarət olub.

Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin İnnovasiyalar Mərkəzinin fəaliyyəti, maddi-texniki bazası və aqrar sahədə innovativ texnologiyaların tətbiqindən, Prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısından söz açıb.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Siyasətinin Təşkili şöbəsinin müdiri Anar Cəfərov, “Kapital Bank” ASC-nin Gəncə filialının direktoru Vüqar Paşayev, “Youth İnc” sahibkarlıq proqramının meneceri Talifa İsgəndərli, İnnoland inkubasiya və akselerasiya mərkəzində startaplarla iş üzrə şöbə müdiri Tengiz Ağakişiyev mövzu ilə bağlı çıxış edib, fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.