REGİONLAR


ADAU-da “Onlayn təhsil tələbələrin gözü ilə” mövzusunda onlayn konfrans keçirilib

Gəncə, 10 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Onlayn təhsil tələbələrin gözü ilə” mövzusunda onlayn konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov koronavirus pandemiyasının həyatımızın bütün sahələrinə, xüsusilə təhsil sektoruna ciddi təsir göstərdiyini qeyd edib. Bildirib ki, pandemiya şəraitində təhsil prosesini həyata keçirmək üçün onlayn platformalardan istifadə geniş vüsət alıb. Nəticədə insanların bu texnologiyalardan istifadə sahəsində bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, hazırda onlayn platformalardan istifadə etmək bacarığına malik olmayan təhsilverən və təhsilalan tapmaq bir qayda olaraq mümkün deyil. Bu, pandemiyanın uğuru kimi qəbul olunsa da ümumilikdə müəllim və tələbələr əsasən ənənəvi təhsilə qayıtmağın zəruriliyini qeyd edirlər. ADAU-da tələbələr arasında aparılmış onlayn soğrunun nəticələri də qeyd olunanları bir daha təsdiqləyir.

Konfransda Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, professor, ADAU-nun fəxri doktoru Mladen Franko, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin sədri Pərviz Mirələmli, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, Pakistan İslam Respublikasından Usama Riaz, ADAU Tələbə Gənclər Təşkilatının sədri Orxan Muradzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cahid Tağızadə, Aydan Şükürlü, Elvin Lətifov, Səbinə Telekova, Ülviyyə Qəhrəmanova, Əli Əhmədov və başqaları çıxış edərək, təkliflər və suallar veriblər.

Görüşün sonunda tələbələrin sualları rektor tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.