REGİONLAR


ADAU-da USAID ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Gəncə, 6 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni təyin olunan direktoru Maykl Nirbas bölgələrə ilk səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) baş çəkib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektor əvəzi Zəfər Qurbanov Maykl Nirbas, həmçinin layihələrin idarə edilməsi üzrə mütəxəssis Samir Həmidov, kommunikasiyalar üzrə mütəxəssis Vüqar Nağıyev, özəl sektorun inkişafı layihəsi üzrə mütəxəssislər Matt Weber və Elvin Ağayev ilə görüşdə ADAU ilə USAID arasında həyata keçirilən və davam edən layihələri yüksək qiymətləndirib. O, gələcəkdə də ali təhsil müəssisəsində keyfiyyətli kadr hazırlığında USAID-in danılmaz rolunun olacağından əminliyini bildirib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas bölgələrə ilk səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinə gəlməsinin təsadüfi olmadığını deyib. Agentliyin həyata keçirdiyi layihələr haqqında məlumat verən Maykl Nirbas qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdən sonra qonaqlar universitetin Tədris-təcrübə təsərrüfatında yerləşən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə həyata keçirilən birgə layihələrə - tutumu 16 ton olan soyuducu anbara və intensiv meyvə bağlarına baş çəkiblər.

Qeyd olunub ki, USAID-in maliyyələşdirdiyi soyuducu anbar və nümunəvi meyvə bağları Azərbaycanda yerli iqtisadiyyatın və kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləyəcək, eləcə də kənd yerlərində gəlirlərin artırılmasında, güclü və dayanıqlı icmaların qurulmasında mühüm rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.