HEYDƏR ƏLİYEV - 100


ADAU-da Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan respublika elmi-praktik konfransı keçirilib

Gəncə, 29 mart, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin ADAU-dakı büstü önünə tər çiçəklər düzüblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Konfransı açıq elan edən universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra bir çox sahələr kimi, kənd təsərrüfatında da 1990-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyillərinin aradan qaldırıldığını, səmərəli islahatların əsasının qoyulduğunu deyib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1969-1982-ci illərdə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandığını və Ümummilli Liderin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə qısa bir zamanda iqtisadi tərəqqinin əldə edildiyini diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov “İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası”, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə heyətinin sədri Elmar Allahverdiyevin “Seleksiyası, fiziologiyası və toxumçuluğu” və ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışları dinlənilib.

Konfrans işini panel müzakirələrlə davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.