REGİONLAR


ADAU-da ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib

Gəncə, 12 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə icra olunan ikili diplom proqramı layihəsində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru professor Necdet Budak, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin alimləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edən İbrahim Cəfərov ikili diplom proqramının vacibliyini diqqətə çatdıraraq, tələbələrə qarşıdakı imtahanlarda uğurlar arzu edib. Rektor, bu proqram da təhsil alan tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişəcəklərindən əmin olduğunu deyib.

Ege Universitetinin rektoru Necdet Budak tələbələrə Ege Universitetinin maddi-texniki bazası və həyata keçirdiyi layihələrdən danışıb. O deyib ki, bu proqramda təhsil alan tələbələr 3 il ADAU-da, 1 il isə Ege Universitetində təhsil alaraq, öz bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Tədbirdə ikili diplom proqramının İnformasiya və koordinasiya ofisində üç ay ərzində könüllü fəaliyyət göstərən tələbələrə sertifikatlar təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.