REGİONLAR


ADAU-da yay məktəbinin iştirakçıları üçün mühazirələr təşkil olunub

Gəncə, 30 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti mühazirələr təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru professor Rüstəm Ravilov onlayn formada tələbələrlə görüşüb, fikir mübadiləsi aparıb.

Sonra Bitkiçilik və bitki mühafizəsi kafedrasının əməkdaşları Fəqan Ağayev və Məhsəti Ələkbərova “Sabahın kənd təsərrüfatında aqrar məsləhət xidmətlərinin yeri” mövzusunda iştirakçılarla söhbət apararaq tövsiyələrini bildirib, təcrübələrindən söz açıblar.

Proqram çərçivəsində növbəti mühazirə ABŞ-ın İllinoys Universitetinin professoru Məhəmməd Babadoost tərəfindən təqdim olunub. O, “Bitki mühafizəsi sabahın kənd təsərrüfatının aktual problemlərindən biri kimi” mövzusunda çıxış edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.