REGİONLAR


ADAU-da yeni üzüm sortları: “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq Təbrizi”

Gəncə, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) üç yeni üzüm sortu “Bayanşirə süfrə”, “Kəhraba” və “Tünd yarpaq Təbrizi” rayonlaşdırılaraq dövlət reyestrində qeydiyyata alınıb.

Gəncə-Qazax bölgəsində qeyd olunan sortların tingləri əkilib, becərilir. Hər 3 sort 13 yaşlı üzümlükdə fərdi seçmə yolu ilə alınıb.

ADAU-nun dosenti Sevil Abduləliyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib ki, bu sortlar zərərvericilərə qarşı davamlılığına və məhsuldarlığına görə digər üzüm sortlarından fərqlənir.

“Kəhrəba sortu Şərq süfrə üzüm sortları qrupuna daxildir. Xəstəlik və zərərvericilərə davamlıdır. Ampeloqrafik təsvirlərdə muskat ətrinin olmaması ilə İtaliya sortlarından fərqlənir. Muskat ətrinin olması sorta yüksək keyfiyyət versə də, sort fondunun artırılmasına xidmət edir. Eyni zamanda salxım darağında kövrəklik zəifdir ki, bu da süfrə sortlarında əsas xüsusiyyətlərdəndir”, - deyə S.Abduləliyeva bildirib.

Mütəxəssis onu da deyib ki, əldə olunan sortlar quruluşu, rəngləri və forma xüsusiyyətlərinə görə digərlərindən fərqlənir, həm də saxlanması daha əlverişlidir: “Tündyarpaq Təbrizi sortunun Təbrizi sortundan fərqi yarpağının quruluşu (dilimlərdə dərin kəsimlilik) olması, zoğun və yarpağın rəngində qəhvəyi rəng çalarının daha çox olması, daşınmağa və saxlanmağa daha davamlı olmasındadır.”

Süfrə Bayanşirə sortu isə gec yetişən süfrə üzüm sortudur, məhsuldarlığı çox yüksək olmaqla şpaler sistemi üzrə becərilməlidir. Xəstəlik və zərərvericilərə davamlıdır. Ampeloqrafik təsvirlərdə tam süfrə istiqamətli olmaqla ana sortdan fərqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.