REGİONLAR


ADAU erməni terroru barədə tərəfdaş universitetlərə və təşkilatlara müraciət ünvanlayır

Gəncə, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) erməni terroru barədə tərəfdaş universitetlərə və təşkilatlara müraciət ünvanlayır.

Bu barədə AZƏRTAC-a ADAU-dan bildirilib.

Qeyd olunub ki, ADAU erməni terroru, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də elan olunmuş humanitar atəşkəsin kobud şəkildə pozulmasını, dinc insanların məqsədli şəkildə öldürülməsini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumunu özündə əks etdirən məktubu ingilis dilində tərəfdaş universitetlərə, təşkilatlara, habelə beynəlxalq gənclər təşkilatlarına göndərməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.