REGİONLAR


ADAU ilə Avstriyanın təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşlıq əlaqələrinə dair müzakirə aparılıb

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Avstriyanın təhsil və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Ölkəmizin Avstriyadakı Səfirliyinin vasitəsilə keçirilən görüşdə adıçəkilən ölkənin Ali Federal Tədris və Tədqiqat Mərkəzinin direktor müavini, tədqiqat və innovasiyalar üzrə rəhbər Johann Gasteiner və digər əməkdaşlar iştirak ediblər.

ADAU-dan AZƏRTAC-a bildiriblər ki, Aqrar Universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov universitetin maddi-texniki bazası, təhsil proqramları, beynəlxalq əlaqələri, o cümlədən universitetin nəzdində yaradılan Peşə Təhsil Mərkəzinin imkanları barədə məlumat verib. Qeyd olunub ki, ötən il iyulun 9-da ADAU ilə Avstriyanın Vyana Təbii Sərvətlər və Tətbiqi Elmlər Universiteti (BOKU) arasında Erasmus Joint Mundus proqramı çərçivəsində müqavilə imzalanıb və bitkiçilik sahəsi üzrə magistratura səviyyəsində təhsil almaq üçün 8 tələbənin sənədi göndərilib.

Görüşdə ADAU-nun nəzdində Peşə Təhsil Mərkəzinin yaradılmasını nəzərə alaraq qeyd olunan ölkənin müvafiq qurumları ilə peşə təhsili, habelə heyvandarlıq, ekoloji kənd təsərrüfatı, aqromühəndislik, aqrar menecment və marketinq və digər sahələrdə birgə kadr hazırlığı, professor-müəllim heyəti və tələbələrin mübadiləsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı prioritet olaraq müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.