REGİONLAR


ADAU ilə TİKA arasında yeni əməkdaşlıq imkanları müzakirə edilib

Gəncə, 12 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov birgə yeni layihələrin həyata keçirilməsi üçün Aqrar Universitetdə bütün imkanların olduğunu vurğulayıb.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin proqram koordinatoru Fatih Yılmaz bildirib ki, TİKA kənd təsərrüfatı, turizm, iqtisadi, sosial və mədəni və s. sahələr üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verir.

Həyata keçirilməsi nəzərdə tutulan bir neçə yeni layihə və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Görüşdə TİKA proqram koordinatorunun müavini Ahmet Çanga, Koordinasiya ofisinin əməkdaşları Abbas Hümmətov və Elmir Laçınov da iştirak ediblər.

Sonra qonaqlar universitetin Baytarlıq təbabəti fakültəsi, müasir laboratoriyaları və Tədris-təcrübə təsərrüfatına baş çəkiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.