REGİONLAR


ADAU-nun Aqrar inkişaf könüllüləri 65 yaşdan yuxarı tənha insanlara xidmətə start verib

Gəncə, 27 mart, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxmasının qadağan olunması ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar inkişaf könüllüləri sosial xidmətlərin göstərilməsinə start verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllülər Gəncə şəhərində yaşayan və 65 yaşdan yuxarı olan tənha şəxslərin evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı xidmətlər göstərirlər.

Xidmətdən yararlanmaq istəyən şəxslər xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) universitetdə yaradılmış operativ qərargaha müraciət edə bilərlər.

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 204. ADAU-nun Mühəndislik korpusu, otaq 419.

022 266 02 66 (şəhər telefonu)

055 756 26 19 (mob/WhatsApp)

051 654 94 36 (mob/WhatsApp)

[email protected]; [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.