REGİONLAR


ADAU-nun Fəxri doktoru Mladen Franko: Mixaylonun qəhrəmanlığını heç vaxt unutmayacağıq

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fəal əməkdaşlıq etdiyi Sloveniyanın Nova Qoritsa Universitetinin prorektoru, ADAU-nun Fəxri doktoru, professor Mladen Franko universitetə məktub yazaraq Ermənistan silahlı qüvvələrinin dinc insanları, Gəncə şəhərinin əhalisini raket atəşinə tutmasını pislədiyini, belə halların təkrar olunmayacağına ümid etdiyini və dəstəyini bildirib.

Bu barədə AZƏRTAC-a ADAU-dan məlumat verilib.

Mladen Franko, həmçinin qeyd edib ki, faşizmə qarşı mübarizə aparmış Azərbaycan xalqının qəhrəman oğlu Mixaylonun (Mehdi Hüseynzadənin) qəhrəmanlığını dost Sloveniya xalqı heç vaxt unutmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.