REGİONLAR
ADAU-nun ixtisası beynəlxalq akkreditasiyadan keçib

Gəncə, 9 iyun, Elcan Məmmədov, AZƏRTAC
Almaniya Federativ Respublikasının Akkreditasiya, Sertifikasiya və Keyfiyyətin Təminatı İnstitutunun 9 may 2023 tarixli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) ali təhsilin magistratura səviyyəsinin menecment (alman proqramı) ixtisaslaşması növbəti dəfə beynəlxalq akkreditasiyadan keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Almaniya Federativ Respublikasının Veihenstephan-Triesdorf Tətbiqi Elmlər Universitetinin “agricultural menecment” ixtisasının təhsil proqramı əsasında 2010/2011-ci tədris ilindən kadr hazırlığın aparılan bu ixtisaslaşmada hazırda magistratura səviyyəsində ADAU-nun 7 tələbəsi təhsil alır.
Qeyd edək ki, Almaniya Federativ Respublikasının Akkreditasiya, Sertifikasiya və Keyfiyyətin Təminatı İnstitutu 2009-cu ildən Keyfiyyətin Təminatı üzrə Avropa Reyestrinin (EQAR) üzvüdür.