REGİONLAR


ADAU-nun rektoru MDB-də ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında iştirak edib

Gəncə 22 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında “Karantin rejimi dövründə ADAU-da tədrisin təşkili və postkarantin dövründə qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rektor məruzədə karantin rejimi dövründə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, ADAU-da tədris prosesi, elmi tədqiqat işləri, aqrar məsləhət xidməti barədə məruzə edib.

Rektor təhsilin onlayn formada, o cümlədən ADAU TV və digər onlayn platformalar vasitəsilə aparılması, buraxılış kurs tələbələrinin yekun dövlət attestasiyası, istehsalat (diplomqabağı), habelə elmi tədqiqat və elmi pedaqoji təcrübələri, semestr imtahanları üzrə qiymətləndirmələr aparılması, magistr dissertasiya işlərinin müdafiəsinin təşkili barədə məlumat verib.

Tədbirdə Qazaxıstan Milli Aqrar Universiteti, Qırğızıstan Milli Aqrar Universiteti, Moldova Dövlət Aqrar Universiteti, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası, Moskva Dövlət Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyası, K.A.Timiryazev adına MKTA-Rusiya Dövlət Aqrar Universiteti, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Rusiya Dövlət Yerquruluşu Universiteti, Tacikistan Dövlət Aqrar Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və prorektorları iştirak ediblər.

Onlayn görüşdə postkarantin dövründə qarşıda duran vəzifələr, o cümlədən məsafədən təhsilin təşkili, müəllim və tələbələrin mübadiləsi, birgə elmi tədqiqat işləri və nəşrlər və digər məsələlərə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.