REGİONLAR


ADAU tələbələri Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda olublar

Gəncə, 3 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq ixtisasının tələbələri “SYN Agro” MMC və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda (HETİ) olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “SYN Agro” MMC-də baytar həkimi Zahid Tağızadənin verdiyi məlumatlara əsasən, südlük iribuynuzlu cins mal-qaranın yemləndirilməsi, müayinə edilməsi və hər hansı bir xəstəlik problemi yaranmış heyvanın müayinə və müalicə üsullarının tətbiqi qaydaları icra edilib, burda laboratoriya şəraitində analiz etmək üçün inəklərdən qan götürülüb. Tələbələr, eyni zamanda heyvanlarda süni mayalanmaya və boğazlıq heyvanların ultrasəs müayinəsinin təyin edilməsi üçün USM aparatının iş prinsipi haqqında məlumatlar da eldə ediblər.

Sonra tələbələr Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda direktor Mahir Hacıyevin təqdimatı ilə bir neçə laboratoriyanın fəaliyyəti ilə tanış olub, yüksək məhsuldar cins heyvanlardan alınan heyvandarlıq məhsullarının emalı və istehsalı texnologiyası, laboratoriya şəraitində müasir fiziki-kimyəvi ekspress üsullarla hazır məhsulun keyfiyyətinin qiymətləndirilməsi prosesləri, eyni zamanda institutun təsərrüfat sahəsində iribuynuzlu südlük mal-qara, qoyun-keçi, dovşan və quşların saxlanıldığı təsərrüfat sahəsi ilə yaxından tanış olaraq təcrübə toplayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.