REGİONLAR
ADAU tələbələri edX platforması ilə əməkdaşlıq çərçivəsində 87 sertifikat əldə ediblər
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə edX platforması arasındakı əməkdaşlığın ilkin nəticələri açıqlanıb. İndiyədək ADAU üçün ayrılmış 5000 lisenziyadan 47 lisenziya aktivləşdirilərək istifadə edilib. Lisenziyaları aktivləşdirən istifadəçilərdən 41 nəfəri minimum 1 kursa qoşulub. İştirakçılar kursları müvəffəqiyyətlə bitirərək ümumilikdə 87 sertifikat əldə ediblər.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.
Bildirilib ki, iştirakçılar Harvard, University of Washington, University System of Maryland, Universitat Politècnica de València ali təhsil ocaqlarının, The Linux Foundation, TUDelft, IBM, Microsoft təşkilatlarının təqdim etdiyi biznes, biznesin idarəedilməsi, sahibkarlıq, kompüter bilikləri, araşdırma, iqlim dəyişiklikləri, texnologiya, liderlik istiqamətləri üzrə ingilis və ispan dilində olan kurslarda iştirak edərək yüksək nəticələr əldə ediblər.
ADAU ilə edX platforması arasındakı əməkdaşlıq 2021-ci il mart ayından başlayıb. İstifadəçilərin marağına səbəb olan bu təşəbbüs rəğbətlə qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan nefti bahalaşıb
- [09:00]
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 24.04.2024 [23:42]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [23:21]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:45]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [22:35]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [22:16]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [22:07]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO
- 24.04.2024 [21:52]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [21:31]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [21:08]
Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH
- 24.04.2024 [21:02]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB VİDEO
- 24.04.2024 [20:46]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [20:27]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [20:05]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:37]