REGİONLAR


ADAU və Ege Universiteti arasında ikili diplom proqramı çərçivəsində görülən işlər müzakirə olunub

Gəncə, 19 avqust, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında onlayn formada iclas keçirilib. İclasda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, professor Necdet Budak, Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədov, Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel, ADAU-nun rektor müşaviri Bəxtiyar Nəsibov, Ege Universiteti Mərkəzi Araşdırma Test və Analiz Laboratoriyası Tətbiq və Araşdırma Mərkəzinin müdiri professor Suna Timur, Dövlət Proqramı İdarəetmə Qrupunda (DPİQ) layihə meneceri Aytən Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda çıxış edən İbrahim Cəfərov 2022-2023-cü tədris ilinin payız semestrində Türkiyədən ezam olunacaq müəllimlərin və tədrisin keyfiyyətli təşkili üçün hazırlıqların artıq başa çatdığını qeyd edib. O, həmçinin göstərilən dövlət dəstəyinə diqqət çəkərək hər iki universitet arasında əməkdaşlıq çərçivəsində tədqiqat yönümlü araşdırmaların aparılması üçün əhəmiyyətli işlərin görüldüyünü də vurğulayıb.

Ege Universitetinin rektoru, professor Necdet Budak qardaş dövlətlərin bu proqram çərçivəsində təhsil alan tələbələrə böyük ümid bəslədiklərini və bunun üçün lazımi dəstəyi əsirgəməyəcəklərini bildirib.

İclasda təhsilin keyfiyyətinin artırılması, yüksək standartlara cavab verən mütəxəssislərin hazırlanması istiqamətində bir sıra təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.