REGİONLAR


ADAU və Türkiyənin Ərciyəz Universitetinin rektorlarının onlayn görüşü keçirilib

Gəncə 1 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Türkiyənin Ərciyəz Universitetinin rektoru, professor Mustafa Çalış arasında onlayn görüş keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşün məqsədi təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi olub.

Rektor, professor Mustafa Çalış çıxış edərək ADAU-da əldə olunan nailiyyətləri, onun potensial imkanlarını nəzərə alaraq əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib.

ADAU-nun rektoru, professor İbrahim Cəfərov bütün sahələrdə, o cümlədən ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib, bütövlükdə əməkdaşlığın genişləndirilməsi üçün universitetdə mövcud olan imkanlar barədə təqdimat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.