ELM VƏ TƏHSİL


ADA Universiteti Fondunun nümayəndələri UFAZ-da

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və baş mühasib Qəşəm Nəcəfovla görüş olub.

Bu barədə AZƏRTAC-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, görüşdə UFAZ-ın baş katibi Elizaveta Bydanova, Tədqiqat departamentinin rəhbəri Philippe Turek, Təhsil departamentinin müdiri Lətifə Nəsibova və satınalmalar üzrə baş mütəxəssis Süleyman Balayev iştirak ediblər. Görüşdə bu ali məktəbin icraçı direktoru Vazeh Əskərov qonaqlara UFAZ-ın tədris və laboratoriya korpusları, universitetdə tədris prosesi barədə ətraflı məlumat verib.

Sonra iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.