ELM VƏ TƏHSİL
“ADA” Universiteti abituriyentləri və valideynləri “Açıq qapı” günlərinə dəvət edir VİDEO
Bakı, 9 iyul (AZƏRTAC). “ADA” Universiteti abituriyentləri və valideynləri “Açıq qapı” günlərinə dəvət edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, 2014-2015-ci tədris ili üçün “ADA” Universiteti aşağıda adları qeyd olunmuş bakalavr proqramlarını təklif edir:
I ixtisas qrupu üzrə: kompyuter elmləri; informasiya texnologiyaları və sistemləri mühəndisliyi.
II ixtisas qrupu üzrə: beynəlxalq münasibətlər; iqtisadiyyat; biznesin idarə edilməsi.
III ixtisas qrupu üzrə: dövlət və ictimai münasibətlər.
“ADA” Universitetində “Açıq qapı” günləri I qrup üzrə iyulun 14, 15-də saat 11.00-dan 12.30-dək, II və III qruplar üzrə iyulun 21, 22-də saat 11.00-dan 12.30-dək olacaqdır.
“Açıq qapı” günlərinin iştirakçıları bakalavr proqramları, təhsil sistemi və tələbə həyatı haqqında ətraflı məlumat almaqla yanaşı, “ADA” Universitetində çalışan professor heyətinə suallarını ünvanlaya biləcəklər.
Məlumat sessiyasından sonra isə iştirakçılar “ADA” Universitetinin Kampusu ilə tanış olacaqlar.
“ADA” Universitetinə gələrkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.
Əlaqə üçün: telefon: 012 437 08 30; 012 437 32 35, e-mail: [email protected]