CƏMİYYƏT


ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Bakı, 21 iyun, AZƏRTAC

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 21-də keçirilən seminar “Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti iştirak edib.

Seminar çərçivəsində ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sonra “Al Jazeera”nın baş müxbiri Resul Serdar Ataş, menecerləri Rene Odeh və Montaser Marai “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.

Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvlərinin iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən “Al Jazeera” və “Haber Global”ın mütəxəssisləri təcrübələrini bölüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.