CÜMHURİYYƏT - 100


ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan diplomatiya seminarı keçirilib

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş ictimai-siyasi diplomatiya seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfirliyi və ADA Universiteti tərəfindən təşkil olunmuş seminarda universitetin dosenti Anar Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə danışıb.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyu çıxışında bildirib ki, ölkələrimiz arasında 1994-cü ildən ikitərəfli əlaqələr mövcuddur və bu əlaqələr hazırda yüksək səviyyədədir. Səfir vurğulayıb ki, Azərbaycan əməkdaşlıq üçün çox vacib strateji tərəfdaşdır. Bizim daimi siyasi dialoq çərçivəsində dost münasibətlərimiz gündən-günə güclənir. Diplomat vurğulayıb ki, bu seminar iki ölkə arasında elmi əməkdaşlığın inkişafına təkan verəcək.

Koreya Milli Diplomatik Akademiyasının professoru Ko Cae Nam ölkəsinin tarixi, keçdiyi inkişaf yolu barədə seminar iştirakçılarına məlumat verib.

Koreya Universitetinin professoru Her Seunq Çul ölkələrimiz arasında iqtisadi, ticari, mədəni, təhsil sahələrində sıx əlaqələrin olduğunu deyib.

Seminarda Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları, Koreya yarımadasında vəziyyətlə bağlı çıxışlar dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.