Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ADA Universitetində Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib VİDEO

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət beynəlxalq hüquqa ziddir. Ciddi narahatlıq doğuran fakt bəzi ölkələrin hüquqi və fiziki şəxslərinin Ermənistan və qeyri-qanuni rejimlə əməkdaşlıq edərək, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmasıdır. Bu sırada Avropa ölkələrinin hüquqi və fiziki şəxsləri də yer alırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 25-də ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında səsləndirilib.

Hesabatda Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyəti sübut edən kifayət qədər konkret faktlar təqdim olunub. İşğal edilmiş ərazilərin “AzərKosmos” ASC tərəfindən əldə olunan yüksək görüntülü peyk şəkilləri, ümumilikdə, peyk məlumatları 2016-cı ilin hesabatında verilən informasiyanı sübuta yetirir və həmin hesabatın bir sıra əsas nəticələri burada göstərilir. Hazırkı hesabat isə altı hissədən ibarətdir. Buraya məskunlaşdırma işinin aparılması və bu məqsədlə daimi sosial infrastrukturların tikintisi, təbii ehtiyatların istismarı və talan edilməsi, daimi infrastruktur dəyişiklikləri, kənd təsərrüfatı və su ehtiyatlarının istismarı, dövlət və özəl mülkiyyətin, o cümlədən tarixi və mədəni irsin dağıdılması və ətraf mühitə vurulan ziyan daxildir.

“Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatında ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin əhəmiyyətinə toxundu. Qeyd etdi ki, təqdimatda çox sayda nüfuzlu qonaqlar iştirak edir. Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşıldığını deyən rektor işğal olunmuş ərazilərdə peykdən çəkilən şəkillərin beynəlxalq təşkilatlara təqdim edilməsinin əhəmiyyətinə toxundu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət mövzusunun daha da inkişaf etdirilməsini davamlı olaraq diqqət mərkəzində saxlamaq üçün tapşırıqlar verir. Müasir peyk texnologiyalarının münaqişələrin xəritələrinin çəkilməsində, qeyri-qanuni fəaliyyətin, hərbi cinayətlərin və bəşəriyyətə qarşı cinayətlərin sənədləşdirilməsində və sübutların təmin edilməsində böyük rol oynadığını deyən Hikmət Hacıyev qeyd edib ki, münaqişə ərazisi kimi Azərbaycanın işğal olunmuş əraziləri barədə məlumat əldə etməkdə çətinliklər var. Ermənistan tərəfi orada törətdiyi cinayət əməllərini gizlətmək üçün müxtəlif vasitələrə əl atır. Amma bu gün peyk dövləti Azərbaycan öz peyk imkanları vasitəsilə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməlləri ifşa etmək və onu beynəlxalq ictimaiyyətə təqdim etmək imkanlarına malikdir.

“ATƏT-in 2005-ci və 2010-cu illərdəki faktaraşdırıcı və qiymətləndirmə missiyaları Azərbaycanın zəbt edilmiş torpaqlarında qeyri-qanuni fəaliyyətin, o cümlədən qeyri-qanuni məskunlaşdırmanın fundamental sübutlarını müəyyən ediblər”, - deyən Prezident Administrasiyasının rəsmisi həmin vaxtdan etibarən, Ermənistanın bu qəbildən növbəti qiymətləndirmə missiyalarının təşkil edilməsinə hər vəchlə mane olduğunu diqqətə çatdırıb. 2016-cı ildə Azərbaycan tərəfinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” başlıqlı hesabat göstərdi ki, qeyri-qanuni hərəkətlərin coğrafiyası və miqyası inanılmaz dərəcədə genişlənib. Beynəlxalq humanitar hüquqa, ATƏT-in Minsk qrupunun və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan, Ermənistan və ona tabe olan qanunsuz rejim, işğal edilmiş ərazilərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun ətrafında yerləşən rayonlarda ermənilərin sayının süni şəkildə artırılmasına çalışaraq, tam əksinə mövqe nümayiş etdirir. Beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması qadağandır. Bu qəbildən olan fəaliyyət hərbi cinayət kimi təfsir olunmalıdır.

“Biz beynəlxalq ictimaiyyətə müraciət edərək, onu həm Ermənistandan, həm də xarici ölkələrdən insanları işğal altındakı ərazilərə köçürmək və həmin yerlərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri aparmaq istiqamətində Ermənistanın bu gün göstərdiyi səyləri pisləməyə çağırırıq”, - deyən Hikmət Hacıyev vurğulayıb ki, eyni zamanda, Azərbaycan Respublikası, beynəlxalq hüquq əsasında öz öhdəliklərinə uyğun olaraq, beynəlxalq ictimaiyyətin bütün üzvlərinə üz tutaraq, onlardan xahiş edir ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı öz ərazilərindən olan hər hansı fiziki və hüquqi şəxslər tərəfindən aparılan fəaliyyətə, xüsusən də, Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın digər işğal edilmiş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin aparılmasına və ya onun üçün şəraitin yaradılmasına son qoya biləcək öz milli qanunvericiliyi əsasında səmərəli tədbirlər görsünlər.

“AzərKosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib ki, bu mövzu nəinki Azərbaycana, ümumilikdə regiona aiddir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərir, - deyən Rəşad Nəbiyev vurğuladı ki, peykdən əldə olunmuş şəkillər qeyri-qanuni fəaliyyəti tam sübut edir və Azərbaycan peyklərindən işğal altında olan tarixi torpaqlarımızda ermənilərin törətdiyi talanlar, vəhşikliklər və dağıdıcı fəaliyyətlə bağlı konkret dəlillərin əldə olunmasında istifadə edilir. Şəkillər həm də müxtəlif yerlərdə təbii ehtiyatların intensiv şəkildə talan olunmasını göstərir.

Dağlıq Qarabağ və işğal altında olan digər torpaqlarımızda mədəni abidələr dağıdılır, kənd təsərrüfatı üçün torpaqlarda yanğınlar törədilir, su ehtiyatları məhv edilir və bu fəaliyyət ümumilikdə regionun ekoloji durumuna mənfi təsir göstərir.

Sonra tədbir iştirakçılarının sualları cavablandırıldı.

ADA Universitetində Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı hesabat təqdim edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb