CƏMİYYƏT


ADA Universitetində “Gənclərin Təhlükəsiz, Sabit və Sülhpərvər Avropanın qurulmasında rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da ADA Universitetində “Gənclərin Təhlükəsiz, Sabit və Sülhpərvər Avropanın qurulmasında rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universiteti ilə Bolqarıstanın Azərbaycandakı səfirliyi tərəfindən birgə təşkil olunan “dəyirmi masa”da çıxış edən Universitetin prorektoru Fariz İsmayılov mövzu barədə məlumat verib, onun aktuallığını və önəmini vurğulayıb. Bildirib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafına xüsusi önəm verilir, bu məsələ daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ölkələrimiz arasında mövcud ikitərəfli əlaqələr barədə danışıb, bu münasibətlərin inkişafından məmnunluğunu bildirib. Vurğulayıb ki, həm Bolqarıstan, həm də Azərbaycan üzv olduqları BMT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində bir-birini daim dəstəkləyirlər. Qeyd edib ki, Bolqarıstan ilə Azərbaycan xalqlarını daha da yaxınlaşdırmaq üçün mədəniyyət, elm, idman və digər sahələrdə əlaqələr daha da genişləndirilməlidir. Bu sahədə gənclərin rolu böyükdür.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərib, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz Ulu Öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. F.Hacıyev dövlətimizin başçısının Sərəncamı ilə Azərbaycanda Gənclər Fondunun yaradılmasını gənclərin həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.