Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu

ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda üç saatdan çox çıxış etdi. Azərbaycan Prezidenti konfrans çərçivəsində bir çox məsələlərə aydınlıq gətirdi, yenə də səbir və təmkinlə sualları cavablandırdı. Konfrans Azərbaycan və region üçün hazırkı reallıq, bundan sonrakı mərhələ haqqında məlumat vermək üçün geniş auditoriya və səmərəli fürsət idi. Müharibənin səngərdə bitib, lakin informasiya məkanında hələ də davam etdiyini nəzərə alsaq, dövlətimizin başçısı aparılan dezinformasiya kampaniyasına tutarlı və faktlarla cavablar verdi. Beləliklə, dünyanın siyasi mənzərəsi haqqında fikir formalaşdıran müxtəlif ölkələrin beyin mərkəzlərinin, xeyli sayda açıq düşüncəli insanlarının və beynəlxalq aləmin qarşısında Azərbaycan Prezidenti hər zaman olduğu kimi, liderlik və intellektual potensialını bir daha ortaya qoydu. Artıq müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır. Aparıcı ekspertlərin bir araya gəlib yaranmış yeni reallıq və bundan sonrakı inkişaf və əməkdaşlıq haqqında, Azərbaycanın bu məsələ barədə dəqiq və konkret mesajlarının, istəklərinin və real addımlarının, gözləntilərinin nələrdən ibarət olduğu haqqında məhz birinci şəxsin dilindən cavablar eşitməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Konfransda verilən cavablar bir daha göstərdi ki, Azərbaycan sülhün bərqərar olmasında nə dərəcədə qətiyyətlidir. Bununla yanaşı, konfransdan əvvəl iştirakçıların Ağdama aparılaraq onlara məhv edilmiş ərazilərin əyani şəkildə göstərilməsi qarşı tərəfin müharibə zamanı və ondan sonrakı dövrdə məqsəd və məramının nə olduğunu dəqiq anlamaları baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün dünya artıq Ermənistana başa salmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini qəbul etsin. Ermənistan bu reallığı dərk edərsə, udacaq, əksini iddia edərsə, itirməyə davam edəcək”.

Bildirilib ki, konfrans sosial şəbəkələrdə yerli ictimaiyyət tərəfindən, beynəlxalq media tərəfindən də izlənildi. Bu gün dünyanın gözü Azərbaycandadır. Həm döyüş meydanında, həm də informasiya məkanında öz sözünü deyən Azərbaycan bundan öncə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da bütün dünyanı yaxşı mənada təəccübləndirmişdi. Eyni vəziyyəti bu konfransda da gördük. Əgər müharibədən sonra Azərbaycanın mövqeyi haqqında beyinlərdə xırda da olsa, sual qalmışdısa, indi bütün o qaranlıq məqamlara da aydınlıq gətirildi. Dövlətimizin başçısının istənilən mövzuda sualı təmkin, diplomatik məharət, faktlarla şərh etməsi artıq dünyada Azərbaycan haqqında olduqca müsbət imic formalaşdırıb. Aparıcı beyin mərkəzlərinin təmsilçilərinin Azərbaycana olan marağı, sualları göstərir ki, indi beynəlxalq aləm bizim yaratdığımız reallığı yaxından izləyir. Azərbaycan liderinin istər bir siyasətçi kimi siyasi iradəsi, istərsə də bir insan kimi bütün müsbət şəxsi keyfiyyətləri elə Azərbaycan xalqının özünün imici haqqında dünyada olduqca müsbət imic formalaşdırır.

Azərbaycan özü öz taleyinin qurucusu, yaradıcısıdır. Müstəqil siyasət yürüdən, Azərbaycan xalqının milli maraqlarını əlində məşəl tutaraq hər keçən gün onun haqq səsini dünyada daha da ucaldan şəxs isə ümummilli lider Heydər Əliyevin siyasi xəttini daha da inkişaf etdirən Prezident İlham Əliyevdir.

Qeyd olunduğu kimi, tədbirə maraq ölkə daxilində və xaricdən idi. Xalqımız əmindir ki, Azərbaycanı dünyanın etibarlı tərəfdaşı mərtəbəsinə qaldıran, onu müstəqil xarici siyasət yeridən bir dövlət kimi tanıdan Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha milli maraqları əsas tutmaqla diqqətə çatdırdı. Azərbaycana olan müsbət münasibət bir daha göründü. Bu baxımdan da xalq da sosial şəbəkələrdə yenə həmrəylik nümayiş etdirdi. Dünya Azərbaycanın nə qədər həmrəy, öz liderinin ətrafında hər keçən gün daha da möhkəm birləşdiyinin şahidi oldu. Bu birlik isə sarsılmazdır. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyev xalqımızın alternativsiz Lideri, onun milli maraqlarının hamisidir.

Azərbaycan yeni reallığı yaradıb, bunu Ermənistan da qəbul etməlidir. Azərbaycan sülhə hazırdır. Əslində, Azərbaycan Prezidenti “Ermənistan öz statusuna aydınlıq gətirməlidir” deyərkən ötürdüyü mesajlar bir tərəfdən Ermənistanda olan indiki revanşist dairələrə idisə, digər tərəfdən, həm də onları himayə edənlərə idi. Bəli, dövlətimizin başçısı yenə də əsas tutduğu hücum diplomatiyası ilə Ermənistana və lazımi dairələrə lazımi mesajları ötürdü. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan öz ərazi bütövlüyünü özü təmin edən, regionda yeni reallıq yaradaraq hər kəsi bununla razılaşmağa, barışmağa və hesablaşmağa məcbur edən ölkədir. Prezident İlham Əliyev “İsgəndər-M” raketləri ilə bağlı da yenə qətiyyət nümayiş etdirdi. Bu isə bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir halda prinsiplərindən dönmür. Tarixə diqqət çəkən Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, Ermənistan kimlərin əli ilə, kimin tarixi torpaqlarında, hansı məqsədlə yaradıldığını unutmasın. Bunların hamısı tarixi həqiqətlərdir. Bunun üçün isə XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir.

Politoloq diqqətə çatdırıb ki, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri haqqında da məlumat verən dövlətimizin başçısı Azərbaycanın Qarabağda əsas infrastruktur layihələrinin üç il müddətində başa çatdırılmasını hədəflədiyini, işğaldan azad edilmiş ərazilərin əsasən ölkə iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, o cümlədən nəqliyyat sektorunda vacib yerlərdən birini tutacağını qeyd etdi. Türkiyə, İtaliya, Böyük Britaniya kimi ölkələrin bu işlərdə yer alması bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda əməkdaşlıq yaradaraq, daha bir beynəlxalq uğura imza atdı.

Qazandığımız Qələbənin böyüklüyünü dünyanın nüfuzlu insanları da olduqca konkret şəkildə ifadə edirlər. Belə ki, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin fikirləri bu baxımdan olduqca düzgün və aydındır: “Azərbaycanın böyük güclər arasında real və ya təsəvvürdə olan geosiyasi oyunların obyekti olmadığı, tam əksinə, öz hüququ olan bir güc olduğu sübuta yetirilib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin