ELM VƏ TƏHSİL


ADA Universitetində seminar: “Fotosintez prosesinə əsaslanan alternativ enerji”

Bakı, 14 mart, AZƏRTAC 

ADA Universitetində Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiyası İnstitutunun idarə olunan fotobiosintez laboratoriyasının müdiri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri Süleyman Allahverdiyev “Fotosintez prosesinə əsaslanan alternativ enerji” mövzusunda elmi seminar keçib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri akademik Roald Saqdeyev açaraq seminarın mövzusunun müasir dövrdə aktual olduğunu söyləyib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxış edərək ölkəmizdə elmin inkişafı istiqamətində bu cür seminarların keçirilməsinin vacibliyini və məruzənin əhəmiyyətini vurğulayıb.

S.Allahverdiyev alternativ enerji mənbələri, təbii fotosintez prosesinə əsaslanan fotosintezin biomimetik modellərinin yaradılması istiqamətində aparılan tədqiqatlar və onların gələcək perspektivləri barədə məlumat verib. O, Azərbaycanda bu istiqamətdə görülən işlərdən və kadr hazırlığından danışıb.

Sonra mövzu ətrafında müzakirə aparılıb.

Qeyd edək ki, Süleyman Allahverdiyev REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və Moskva Fiziki-Texniki İnstitutunun professorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.