ELM VƏ TƏHSİL


ADA Universitetinin 10-cu karyera sərgisi təşkil olunub

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da ADA Universitetində 10-cu Karyera Sərgisi keçirilib. Sərgi aprelin 19-dan etibarən fəaliyyətə başlayan Karyera Hazırlığı Həftəsinin yekun tədbiridir.

AZƏRTAC xəbər verir ki, “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən karyera sərgisinin məqsədi tələbə və məzunları bir araya toplamaq, ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək, onların şəbəkələşməsini və şirkətlərlə peşəkar əlaqələrinin qurulmasını təmin etməkdir.

ABB-nin tərəfdaşlığı ilə keçirilən tədbirdə “ATL Tech”, “Baker Tilly”, “Coca-Cola” şirkəti, “Deloitte & Touche”, Dövlət İmtahan Mərkəzi, Elektron Hökumətin İnkişafı Mərkəzi, “EKVITA”, “Ernst & Young”, “KPMG Azerbaijan”, PAŞA Həyat Sığorta, “PMD GROUP”, “Unibank” və “Yelo Bank” da daxil olmaqla 100-dən şirkət və qurum təmsil olunub.

Bu il onuncusu keçirilən karyera sərgisi zamanı ADA-nın 1500-ə yaxın tələbə və məzunu həmin şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.