ELM VƏ TƏHSİL


ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində onlayn konfrans keçirib

Bakı, 17 iyun, AZƏRTAC

ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi “GCRF-COMPASS” layihəsi çərçivəsində beynəlxalq konfrans təşkil edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Brüssel, Bakı, Pekin: Aİ, Birləşmiş Krallıq və Çinin Avrasiya ilə əlaqələrin genişləndirilməsində əməkdaşlıq təşəbbüsləri və Azərbaycanın rolu” mövzusuna həsr olunan konfrans iyunun16-17-də keçirilib.

Yüksəkixtisaslı mütəxəssisləri, akademik və diplomatik sferada fəaliyyət göstərən yerli və xarici peşəkarları, beyin mərkəzlərinin nümayəndələrini bir araya gətirən tədbirdə regional güclərin müəyyənləşdirdiyi strateji prioritetlər və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək əsas vasitələr barədə müzakirələr aparılıb.

Tədbirin ilk günü ADA, Kent və Kembric universitetlərinin nümayəndələri və Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri iştirakçıları salamlayıblar.

Plenar sessiyalarda Bakı Dəniz Limanının baş direktoru, “TRACECA” Hökumətlərarası Komissiyasının milli katibi, İngiltərə Parlamentinin deputatı, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri, eləcə də Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Energetika nazirliklərinin rəsmiləri, habelə Dövlət Neft Fondunun yüksək səlahiyyətli şəxsləri çıxış ediblər.

Ekspertlər bildiriblər ki, regional əməkdaşlıq sosial rifahı və iqtisadi inkişafı təmin etməklə yanaşı, region üzrə yeni iş imkanlarının meydana gəlməsini sürətləndirir. Qeyd edilib ki, Azərbaycan Avropa və Asiya arasında genişlənən əlaqələrin əsas aktorlarındadır.

Tədbir ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin yekun nitqi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.