REGİONLAR


ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində olublar

Lənkəran, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından olan ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, LDU-da yeni ixtisaslar açılıb, tədris-təcrübə bazası yaradılıb, müəllimlər üçün xidməti mənzillər tikilərək istifadəyə verilib. Hazırda isə yeni yataqxana binası və əlavə tədris korpusu inşa edilir.

Qonaqlar LDU-da təhsil alan sonuncu kurs tələbələri ilə də görüşüblər. ADA Universitetinin qəbul şöbəsinin məsul əməkdaşı Leyla Əliyeva onlara təmsil etdiyi ali təhsil ocağı, magistratura ixtisasları, qəbul şərtləri barədə ətraflı məlumat verib.

Sonra ADA Universitetinin müəllimi Turan Nağıyevanın “İnnovasiya və sahibkarlıq” mövzusunda məruzəsi dinlənilib. Diskussiya şəklində davam edən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.