ELM VƏ TƏHSİL
“ADA” Universitetinin professoru AMEA-da məruzə ilə çıxış edəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək seminarda “ADA” Universitetinin professoru Yuri Melnikov “Qrin funksiyaları. Səthlərdə potensial sahələr” mövzusunda məruzə ilə çıxış edəcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Qrin funksiyalarının tətbiq edilməsinə həsr olunan məruzə bu funksiyaların hesablama səmərəliliyinin artırılmasına, onların mühəndislik işlərində “reputasiyasının” təkmilləşdirilməsinə yönəlib. Qrin funksiyalarının kompyuter formalarının qurulması ilə əlaqədar bir sıra tətbiqi diferensial tənliklər üçün bəzi səmərəli üsullar təqdim olunur.