ELM VƏ TƏHSİL


ADA Universitetinin xarici məzunları Azərbaycana həsr edilən kitab yazıblar

Bakı, 20 oktyabr, AZƏRTAC

ADA Universitetinin Argentina və Qanadan olan məzunları Noemi Rabbia və Riçard Sarponq ölkəmizdə yaşadıqları təcrübəni, Azərbaycanın tarix və mədəniyyətini əks etdirən kitab yazıblar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Odlar Yurdunu kəşf edərək” kitabı 2013-2015-ci illərdə Azərbaycanda yaşayan, ADA-da diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr təhsili alan iki gəncin ölkəmizlə bağlı şəxsi müşahidələrindən və ADA-dakı tələbə həyatından bəhs edir.

Oktyabrın 19-da Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş vebinar keçirilib. ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən vebinarda müəlliflər kitabı tələbə və məzunlara təqdim ediblər.

“ADA Universitetinin yaranmasının 15 illiyi ərəfəsində, yəni növbəti ilin mart ayında bu formatda kitabın nəşrini planlaşdırsaq da, xarici məzunlarımız sayəsində bu istəyimizə daha tez nail olduq”, - deyən prorektor ADA-nın müxtəlif mədəniyyətləri təmsil edən tələbələri yerli tələbələrlə bir araya gətirdiyini bildirib.

Müəlliflər qeyd ediblər ki, kitabın yazılmasında əsas məqsəd Azərbaycanla bağlı məlumatı olmayan xarici tələbələrə “bələdçilik” etməkdir.

Onlayn seminar zamanı müəlliflər ölkəmizin mövqeyi ilə bağlı sualları cavablandırıb, səkkiz fəsildən ibarət kitabın müəyyən hissələrini oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.