İQTİSADİYYAT


ADDA-da “LNG gəmiləri və LNG yeni yanacaq növü kimi” mövzusunda təlim təşkil olunub

Bakı, 13 iyun, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri üçün “LNG gəmiləri və LNG yeni yanacaq növü kimi” mövzusunda təlim keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, 50-dək tələbənin iştirak etdiyi seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb. T.Giannakakis təlim zamanı tələbələrə LNG (mayeləşdirilmiş təbii qaz) gəmilərinin bu günü və gələcəyi, LNG marşrutları və terminalları barədə ətraflı məlumat verib. O, həmçinin LNG gəmilərinin quruluşu, mühərrik növləri, yük xüsusiyyətləri, yük əməliyyatları haqqında da danışıb.

Bundan başqa, təlimdə yeni inşa edilmiş gəmilərdə LNG yanacağından istifadə mövzusu da diqqət mərkəzində olub.

İnteraktiv formada təşkil olunan seminarda tələbə dənizçilərin sualları cavablandırılıb, fikirləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.