Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏDLİYYƏ İŞÇİLƏRİNƏ RÜTBƏ DƏRƏCƏLƏRİNƏ GÖRƏ ƏLAVƏ HAQQIN MİQDARI BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2004-CÜ İL 15 NOYABR TARİXLİ 146 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİK VƏ “ƏDLİYYƏ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 25 İYUL TARİXLİ 430 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Ədliyyə işçilərinə rütbə dərəcələrinə görə əlavə haqqın miqdarı barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 146 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №11, maddə 910; 2008-ci il, №5, maddə 365) 1-ci bəndi çıxarılsın.

2. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 594; 2007-ci il, №11, maddə 1117, №12, maddə 1223) 2.1-ci bəndində “21.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “25.2-ci maddəsində,” sözləri, “27.1-ci maddəsində,” sözlərindən sonra “37.2-ci maddəsində,” sözləri əlavə edilsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin