ELM VƏ TƏHSİL
ƏDLİYYƏ NAZİRİ QAFQAZ UNİVERSİTETİNDƏ OLMUŞDUR
Universitetin rektoru, professor Əhməd Saniç mövzunun aktuallığından danışmışdır.
Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində misilsiz xidmətlərini, ulu öndərimizin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini vurğulamışdır.
O, dövlətimizin başçısının “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli Fərmanının əhəmiyyətini nəzərə çarpdırmışdır.
Dahi rəhbərimiz Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi islahatların aparılmasında, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılmasında, hüquqi dövlət quruculuğunda tarixi rolundan bəhs edən F.Məmmədov, müasir tələblərə cavab verən mükəmməl qanunların qəbul edildiyini, məhkəmələrin müstəqil fəaliyyət göstərdiklərini, insan hüquq və azadlıqlarının tam təmin olunduğunu söyləmişdir.
Ədliyyə orqanlarında həyata keçirilən islahatların əhəmiyyətini diqqətə çatdıran nazir qarşıda duran vəzifələri də açıqlamışdır.
Sonra F.Məmmədov tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavab vermişdir.