SİYASƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ QƏBUL
Respublikasında səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin AQO monitorinq qrupu Ədliyyə Nazirliyində qəbul edilmişdir.
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatı barədə qonaqlara ətraflı məlumat verən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda möhtərəm Prezidentimiz Heydər Əliyevin daim diqqət mərkəzində olan insan haqlarının təmin edilməsinə, insan hüquqlarına dair Avropa Konvensiyasının milli qanunvericiliyimizdə implementasiyasına xüsusi əhəmiyyət yetirildiyini qeyd etmiş, hakimlərin yeni demokratik üsullarla seçilməsi, məhkəmələrin müstəqilliyinin təmin olunması, insan hüquqlarının daha etibarlı qorunması üzrə görülmüş digər tədbirlərdən danışmışdır.
Görüşdə Avropa Şurasına qəbul edildikdən sonra Azərbaycanın bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı, ölkəmizin öhdəliklərinin yerinə yetirilməsi, insan hüquqlarının təmin olunması sahəsində görülən tədbirlər barədə fikir mübadiləsi aparılaraq, əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Söhbət zamanı siyasi məhbus kimi qələmə verilən şəxslərin siyahısı, xüsusilə ağır cinayət törətmiş bəzi şəxslərin işinə apellyasiya qaydasında yenidən baxılması məsələlərinə də toxunulmuş, qonaqları maraqlandıran suallara cavablar verilmişdir.
P.Aqonun rəhbərlik etdiyi monitorinq qrupunun üzvləri mayın 14-də Qobustan həbsxanasına baş çəkərək məhkumlarla görüşmüşlər.