MƏDƏNİYYƏT
ADMİU-da “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan sərgi
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan sərgi açılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə ADMİU-nun rəssamlıq tələbələrinin kompyuter qrafikası üslubunda hazırlanmış, Avropa oyunlarında təmsil olunacaq bütün idman növlərini əks etdirən 40–dək işi nümayiş olunub.
Universitetin rektoru, professor Fərəh Əliyeva, Xalq Rəssamı Xanlar Əhmədov, rəssamlıq fakültəsinin dekanı Sevda Sadıxbəyova, tələbələrdən Nuradə Ələsgərova və Sevil Zeynalova sərginin əhəmiyyətindən danışıblar.
Çıxış edənlər “Bakı-2015” birinci Avropa Oyunlarının ölkəmiz üçün tarixi hadisə olduğunu, tədbirin təşkilinə və təbliğinə gənclərin cəlb edilməsinin vacibliyini vurğulayıblar.
Nümayiş olunan işlər müəllim, tələbə və qonaqlar tərəfindən çox yüksək qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]