MƏDƏNİYYƏT


ADMİU-da tələbə elmi konfransı

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kulturologiya fakültəsinin bakalavr pilləsində tədris edilən “Mədəniyyət sahəsində sosioloji tədqiqatların təşkili” fənni üzrə tələbə tədqiqatlarının nəticələrinə dair elmi konfrans keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi gənclərin mədəni həyatda baş verən prosesləri mənimsəməsi və mədəniyyətin sosioloji faktorlarını, mexanizmini müəyyənləşdirməsi üçün onları yaradıcı-elmi fəaliyyətə istiqamətləndirməkdir.

Tədbirdə “Gənclərdə analitik təfəkkür və kreativlik”, “Muzeylərin informasiya-maarifçilik fəaliyyəti”, “Bədii təmayüllü ali məktəblərdə İKT-nin tətbiqi”, “Gənclərin işlə təmin olunması problemi”, “Müasir dövrdə gənclərin geyim tərzi” və digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə xaricdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin elmi nailiyyətləri, incəsənət sahəsində müxtəlif ölkələrdə İKT təcrübəsinin tətbiqi, ölkəmizdə gənc ailələrin sosial problemləri və onlara diqqət, gənclərimizdə musiqi mədəniyyətinin aşılanması və bu istiqamətdə maarifləndirilməsi, ölkəmizdə və dünyada multikulturalizm siyasətinin əhəmiyyəti barədə geniş fikirlər söylənilib.

Sonda məruzəçilərə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.