ELM VƏ TƏHSİL
ADMİU işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına qoşulub
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və Universiteti (ADMİU) 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə keçirdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşulub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi Azərbaycan, rus və ingilis dillərində ədəbiyyatşünaslıq, not-musiqi, teatr və kino sahələrinə aid yeni nəşrlərdən, həmçinin dövlətçilik, ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən dəyərli mənbələrdən, klassik ədəbiyyatımıza dair lüğətlərdən, milli və xarici ölkə yazıçılarının məşhur bədii əsərlərindən ibarət 100 adda 139 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.