ELM VƏ TƏHSİL


ADMİU-nun tələbələri “Nəsimi ili - Nəsimi dili” festivalında mükafat qazanıblar

Bakı, 15 aprel, AZƏRTAC 

Azərbaycan Teatr Xadimləri İttifaqında “Bir teatr, bir festival” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının təşkilatçılığı ilə “Nəsimi ili - Nəsimi dili” festivalı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, münsiflər heyətinin qərarına əsasən ADMİU-nun tələbələri 25 iştirakçı arasında ikinci yerə layiq görülüb, onlara diplom, fəxri fərman və pul mükafatı verilib.

ADMİU-nun tələbələri festivalda Nəsiminin əsərləri əsasında hazırlanmış musiqili, ədəbi-bədii kompozisiya təqdim ediblər. Teatr sənəti fakültəsinin magistrantı Hüseynağa Aslanov və bakalavr pilləsi üzrə birinci kurs tələbəsi Sabirə Abdullayeva “Şur” kompozisiyası üstündə İmadəddin Nəsiminin “Etməgil” və “Allahu əkbər, еy sənəm, hüsnündə hеyran olmuşam” qəzəllərini söyləyiblər. Onları musiqi sənəti fakültəsinin tələbələri xanəndə Ramil Hümbətli və Məftun Səfərli, tarda Cabbar Paşazadə, kamançada Orxan Əliyev müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.