ELM VƏ TƏHSİL


ADMİU-nun tələbələri Nəsiminin yubileyinə həsr olunan musiqili kompozisiya təqdim ediblər

Bakı, 13 aprel, AZƏRTAC 

Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqi sənəti fakültəsi, muğam sənəti kafedrasının müdiri, dosent, Xalq artisti Teyyub Aslanovun təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Cahan mənəm...” adlı tədbir keçirilib.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan musiqi sənəti fakültəsinin dekanı, dosent Nərmin Qaralova Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən yüksək qiymətin göstəricisi olduğunu vurğulayıb. O, ADMİU-da “Nəsimi ili” ilə bağlı tədbirlər planının hazırlandığını bildirib, müəllim və tələbələrin təqdim etdikləri maraqlı kompozisiyanın həmin silsilə tədbirlər çərçivəsində həyata keçirildiyini söyləyib.

Tədbirdə Xalq artisti Teyyub Aslanov, solo oxu ixtisasının tələbələri Məftun Səfərli, Ramil Hümbətli, Rəvan Qaçayev və Vüqar Əbilovun ifasında “Nəsimi” bədii filmindən “Qafil oyan” dərviş mahnısı, “Eylədi” mahnısı, “Şur təsnifi”, “Segah” təsnifi və “Səmayi-şəms” ritmik muğamı səsləndirilib.

Onları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), habelə Vüsal Qasımov (tar), Kamal Abdullayev (kamança), Pərviz Əlikram oğlu (balaban), Xəyyam Quliyev (ud) və Cavidan Nəbiyev (nağara) müşayiət ediblər. Sonda tədbirin proqramını hazırlayan ADMİU-nun muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək gənc ifaçılara göstərdiyi dəstəyə görə ADMİU-nun və BMM-nin rəhbərliyinə, həmçinin iştirakçılara və tamaşaçılara təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.