ADMİU-nun tələbələri Özbəkistanda keçirilən festivalda iştirak edirlər
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Özbəkistanda I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda iştirak edirlər.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, mayın 26-dək TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilən festivala ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın rəhbərliyi ilə universitetin nümayəndə heyəti də qatılıb.
Festival çərçivəsində keçirilən Türk Dövlətləri Sənət Universitetləri Birliyinin I toplantısında professorlar Ceyran Mahmudova və İsrafil İsrafilov da iştirak ediblər. Ceyran Mahmudovaya Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun özəl mükafatı təqdim edilib.
Festivalın ikinci günü ADMİU-nun Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan tələbələri Tuncer Cücənoğlunun “Uçqun” psixoloji dramı ilə uğurla çıxış ediblər. Kursun rəhbəri Əməkdar artist dosent Yaqut Paşazadədir.





Xəbərin mətnində orfoqrafik səhv var