ELM VƏ TƏHSİL


ADNSU: “31 mart - tariximizin faciəli səhifəsi” adlı kitabın təqdimatı olub

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “31 mart - tariximizin faciəli səhifəsi” adlı kitabın təqdimat mərasimi keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən nəşr etdirilən kitab erməni vandalizminin qurbanı olan şəhidlərimizin xatirəsinə ithaf olunub.

Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə çıxış edənlər təqdim olunan kitabla bağlı fikirlərini bölüşüb, eyni zamanda, əsrlərboyu qəsbkarlıq siyasəti aparan ermənilərin torpaqlarımızda törətdikləri dəhşətli qırğınlardan danışıb, düşmənin günahsız insanların qanlarını axıtdıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.