ELM VƏ TƏHSİL


ADNSU Polşanın Krakov Neft və Qaz İnstitutu ilə əməkdaşlıq edəcək

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Polşanın Krakov Neft və Qaz İnstitutunun nümayəndə heyəti ilə görüşü olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib, müxtəlif istiqamətlərdə aparılan islahatlardan danışıb.

Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb, elm sahəsində əməkdaşlıq, beynəlxalq qrant müsabiqələrində birgə iştirak haqqında razılıq əldə olunub. Eyni zamanda, elm sahəsində birgə əməkdaşlığa dair fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.