ELM VƏ TƏHSİL
ADNSU: Professor Fariz Əmirovun kitabları təqdim olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində Kimya-texnologiya fakültəsinin Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirovun kitablarının təqdimatı keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova təqdimatı keçirilən “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi monoqrafiyası”, “Səthi aktiv maddələrin sintezinin texnologiyası” kitablarının əhəmiyyətindən danışıb.
Professor Fariz Əmirov əsərləri haqqında ətraflı məlumat verib.
Sonra Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun professoru, kimya üzrə elmlər doktoru Münəvvər İbrahimova, ADNSU-nun Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, professor Kərəm Şıxəliyev və digər çıxış edənlər təqdim olunan nəşrlərlə bağlı fikirlərini bölüşüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]