ELM VƏ TƏHSİL


ADNSU Ufa Dövlət Neft Texniki Universiteti ilə geniş əməkdaşlıq əlaqələri qurub

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) 70 illik yubileyinə həsr olunmuş təntənəli toplantıda iştirak edib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə M.Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, professor R.Baxtizini və ali məktəbin professor-müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib.

M.Babanlı iki ali məktəb arasında genişlənən əməkdaşlıq əlaqələrindən danışıb, əlaqələrin gələcəkdə daha da gücləndirilməsini arzulayıb.

O, R.Baxtizin kimi alimin məhz Bakıda, akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında ADNSU kimi nüfuzlu təhsil ocağında yetişdiyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.