ELM VƏ TƏHSİL


ADNSU: Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı tədbir

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova partiyanın yaranma tarixindən danışıb.

T.Naibova müasir müstəqil dövlətimizin qurulmasında, inkişafında və dünyada tanınmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. O, dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, Azərbaycanın sürətlə inkişaf etdiyini deyib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru Ata Babayev Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafındakı rolundan bəhs edib.

Sonda ADNSU-nun YAP-a yeni üzv qəbul olunmuş 60 tələbəsinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.