ELM VƏ TƏHSİL


ADNSU-da “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı sərgi təşkil edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi”ndə “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı kitab sərgisi təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azİİ Elektron Kitab Evi”nin direktoru Səlahət Mahmudova 20 Yanvar hadisələrindən danışıb. O, 20 Yanvarın tariximizin həm qanlı, həm də şanlı səhifəsi olduğunu bildirib. Ölkəmizin müstəqilliyinin şəhidlərin qanı bahasına əldə edildiyini deyən S.Mahmudova 20 Yanvar faciəsinin xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd edib.

“Azİİ Elektron Kitab Evi”nin əməkdaşları Bahar Babayeva və Şəmsiyyə Mustafayeva azadlıq və müstəqillik naminə canlarından keçmiş şəhidlərin xatirəsinin daim əziz tutulduğunu vurğulayıblar.

Sərgidə 20 Yanvar hadisələrindən bəhs edən kitab, qəzet, jurnal və s. nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.