ELM VƏ TƏHSİL


ADNSU-da “Anamın kitabı” tamaşası nümayiş olunub

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Şuşa İli” çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tamaşası nümayiş olunub.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərində qələmə aldığı “Anamın kitabı” pyesi əsasında səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra ADNSU-nun rektoru professor Mustafa Babanlı dahi Cəlil Məmmədquluzadənin 1920-ci ildə qələmə aldığı pyesin bu gün də yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib. O, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarına əsəri məharətlə canlandırdıqlarına görə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.