ELM VƏ TƏHSİL


ADNSU-da Anım Gününə həsr olunan kitab sərgisi təşkil edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “27 sentyabr - Anım Günü” adlı kitab sərgisi təşkil olunub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasətindən bəhs edən kitablar nümayiş etdirilir.

Eyni zamanda, sərgidə Vətən müharibəsində düşmənə qarşı fədakarlıqla döyüşmüş igid əsgər və zabitlərimizə, Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına həsr olunmuş materiallar yer alıb.

Sərgi virtual formatda da hazırlanıb və təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.