ELM VƏ TƏHSİL


ADNSU-da “Beyin idarəsi və insan davranışı” mövzusunda müzakirələr aparılıb

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beyin idarəsi və insan davranışı” mövzusunda seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələrin iştirak etdikləri tədbirdə “Orkhanway Coaching” şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz mövzu ilə bağlı fikirlərini bölüşüb.

Seminarda “Beyin həyatımıza, yoxsa həyat beynimizə təsir göstərir”, “Toplumda hansı davranış qaydaları var”, “Beyin hissələri davranışımıza necə təsir göstərir” və digər mövzularda geniş müzakirələr aparılıb.

Sonra suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.